“Çin konsensus axtarmaq və sülh yolu ilə nizamlanma səylərini dəstəkləməklə Ukrayna böhranının həlli üçün şərait yaratmağa çalışır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi mətbuat konfransı zamanı deyib.
“Çin həmişə Ukrayna məsələsində obyektiv və ədalətli mövqeyini qoruyub, rasional və sakitləşdirici təkliflər səsləndirib. Çinin məqsədi böhranın həlli üçün şərait yaratmaq, konsensus tapmaq, sülh yolu ilə nizamlanma üçün bütün səyləri dəstəkləməkdir. Ukraynadakı böhran üç ildən çoxdur ki, davam edir. Bu faciədir, bütün tərəflər böhrandan dərs almalıdır. Bir ölkənin təhlükəsizliyi başqalarının təhlükəli vəziyyətə düşməsinə əsaslana bilməz. Əməkdaşlığa əsaslanan yeni ümumi, hərtərəfli və davamlı təhlükəsizlik konsepsiyasını dəstəkləmək və həyata keçirmək lazımdır. Bu, Avrasiyada və bütün dünyada həqiqətən davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yoludur”, – Vanq Yi əlavə edib.