“Qlobal elmi və texnoloji inkişaf, o cümlədən süni intellekt (AI) dünyada “dəmir pərdə” yaratmaq üçün vasitəyə çevrilməməlidir. İnnovasiyalar ümumi sərvətdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi mətbuat konfransı zamanı deyib.
“Elm və texnologiya dəmir pərdə yaratmaq üçün alət olmamalı, əksinə, hər yerdə paylaşılmalı olan bir xəzinə rolunu oynamalıdır”, – o əlavə edib.