Çinin xarici işlər naziri Vanq Yi hərtərəfli və davamlı sülh üçün Qəzzada humanitar fəlakətin dayandırılmasına çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çix Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, çinli nazir Almaniyada keçirilən 61-ci Münxen Təhlükəsizlik Konfransında (MSC 2025) İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
Görüşdə Qəzzada əldə olunan atəşkəs razılaşmasının effektiv şəkildə həyata keçirilməsi və bu əsasda hərtərəfli və davamlı sülhün bərqərar edilməsi əsas hədəf kimi qəbul edilib.