“Pentaqonun silah tədarükü sistemi tamamilə pozulub və beləcə yeni müdafiə şirkətləri və texnologiyalarının inkişafı çətinləşir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vans “Fox News”a müsahibəsində bildirib.
“Düşünürəm ki, ölkəmizi daha təhlükəsiz etmək üçün müdafiəyə daha çox pul xərcləməliyik. Müdafiəyə ayrılan vəsaiti daha ağıllı xərcləməliyik. Bizim satınalma prosesimiz tamamilə pozulub”, – o deyib.