Veneraya çatmaq üçün təxminən 50 il əvvəl kosmosa göndərilən Sovet istehsalı olan kosmik gəminin bir parçası bu həftə Yerə düşə bilər. Mütəxəssislər hadisənin may ayının ortalarında baş verəcəyini gözləyirlər.
“Füyuzat”ın məlumatına görə, elm adamları bu barədə məlumat yayıb.
Kosmik gəmi “Kosmos 482” adlanır. Hansı parçanın Yerə düşəcəyi dəqiq bilinməsə də, elm adamları bunun eniş kapsulu ola biləcəyini düşünürlər.
Bu kapsul Veneranın həddindən artıq isti və təzyiqinə tab gətirmək xüsusiyyətinə tab gətirdiyi üçün Yer atmosferindən keçərkən də sağlam qala bilir.
Harvard-Smithsonian Astrofizika Mərkəzindən Dr. Jonathan McDowell-in fikrincə, əgər bu parça həqiqətən enmə kapsuludursa, istilik qoruyucusu sayəsində Yerə çarpması mümkündür.
McDowell əlavə edib: “Parçanın yerə dəymə ehtimalı azdır. Bu, böyük narahatlıq doğurmur, lakin onun başınıza enməsini istəməzsiniz”.