Xəbərlər

Venesuela prezidenti Avropanın militarizasiya planını pisləyib

Venesuela prezidenti Nikolas Maduro Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində qəbul edilmiş 800 milyard avroluq hərbiləşmə planını tənqid edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə prezident özü bildirib.

“Bu, mübariz Avropa elitasının sərsəm planıdır. Kifayət qədər müharibələr baş verir. Müharibələrə investisiya qoymaqdansa, inkişafa sərmayə qoyun”, – Maduro qeyd edib.