Xəbərlər

Venesuela XİN-i vətəndaşlarına ABŞ-ı tərk etməyi tövsiyə edib

Venesuela Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına ABŞ-a səfər etməkdən çəkinməyi və orada yaşayırlarsa, ölkəni tərk etməyi tövsiyə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bolivar Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İvan Gil Pinto bildirib.

“Venesuela bütün vətəndaşlarına xəbərdarlıq edir və onlara Amerika Birləşmiş Ştatlarına səyahət etməkdən çəkinməyi tövsiyə edir. Biz həmçinin hazırda ABŞ-da yaşayan venesuelalıları ölkəni tərk etmək barədə düşünməyə çağırırıq”, – o qeyd edib.