“ABŞ İranda rejim dəyişikliyinə nail olmaq vəzifəsini qarşısına qoymur və hesab edir ki, belə bir qərarı İran xalqı verməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Devid Vens deyib.
“İran xalqı öz rəhbərliyi ilə bağlı nəsə etmək istəyirsə, bu, İran xalqından asılıdır. ABŞ-ın milli təhlükəsizlik marağı İslam Respublikasının nüvə proqramını məhv etmək idi və biz bunu etdik. Rejim dəyişikliyi Vaşinqtonun missiyası deyildi”, – o əlavə edib.