Xəbərlər

Vens: Münxendə Ukraynadakı münaqişənin həlli müzakirə olunacaq

“Münxen Təhlükəsizlik Konfransında Ukraynadakı münaqişənin danışıqlar yolu ilə nizamlanması müzakirə olunacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens məlumat verib.

“Biz Ukrayna və Rusiya arasındakı münaqişə və onun danışıqlar yolu ilə necə həll olunacağı barədə danışacağıq”, – “Reuters” agentliyi onun sözlərindən sitat gətirib.