Xəbərlər

Vens: Trampın Heqseti vəzifəsindən azad etmək planı yoxdur

“ABŞ prezidenti Donald Tramp Pit Heqseti Pentaqonun rəhbəri vəzifəsindən azad etməyi düşünmür”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

“Heqset təhlükəsiz insandır. Mən hesab edirəm ki, Tramp adminstrasiyasının üzvləri o cümlədən Heqset əla iş görürlər. Düşünürəm ki, ən çox qiymətləndirilən Pit Heqset və onun gördüyü böyük işlər olmalıdır. Nazirin rəhbərlik üslubu nəticəsində bir çox insan ölkənin Silahlı Qüvvələrinə qoşulub”, — Vens əlavə edib.