Xəbərlər

Vitkoff: İranla danışıqların növbəti mərhələsi mayın 10-11-də baş tuta bilər

“Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftə sonu, mayın 10-11-də baş tuta bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff bildirib.

“İranla danışıqlar müsbət haldır. Biz müəyyən irəliləyişlər əldə edirik. Ümid edirəm ki, onlar düzgün istiqamətdə hərəkət edəcəklər. ABŞ prezidenti Donald Tramp bunun mümkün olduğu təqdirdə problemin diplomatik yolla həllini istəyir, ona görə də biz onların hərəkətə keçməsi üçün əlimizdən gələni edirik”, – Vitkoff əlavə edib.