Xəbərlər

Vitkoff: Rusiya ilə ABŞ arasında münasibətlər yenindən bərpa oluna bilər

ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən qurulması imkanın yarandığına əmin olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, “Fox News” telekanalının efirində bildirib.

“Düşünürəm ki, regionda real sabitliyi təmin edən kommersiya imkanları vasitəsilə Rusiya ilə ABŞ arasında münasibətləri bərpa etmək imkanı var. Tərəfdaşlıq sabitlik yaradır”, – Vitkoff əlavə edib.

Qeyd edək ki, martın 18-də Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.