“Birləşmiş Ştatlar Rusiya ilə Ukrayna üzrə sazişlə bağlı danışıqlarda irəliləmə əldə edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff “Fox News” telekanalının efirində bildirib.
Ondan Ukrayna məsələsində Rusiya ilə razılaşmanın hazır olduğuna əmin olub-olmadığını soruşublar. Diplomat cavabında deyib:
“Bəli, əminəm. Mən Rusiya prezidenti Vladimir Putinlə artıq üç görüş keçirmişəm. Son görüş təxminən beş saat davam etdi və ofisdə onun ən yaxın iki müşaviri, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak etdi. Bu, çox vacib görüş idi”.