“Makronun addımları Fransanı dərin böhran vəziyyətinə gətirdi“.
“Füyuzat”ın məlumatına görə, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
“Makronun hər hansı vasitə ilə hakimiyyəti saxlamaq cəhdi baş tutmadı. Fransanın indiki prezidenti bir zamanlar çiçəklənən ölkəni dərin siyasi və iqtisadi böhran vəziyyətinə gətirib”, – deyə o, özünün “Telegram” kanalında yazıb.
Volodin vurğulayıb ki, Fransa tarixində ilk dəfə hökumət təxminən üç ay mövcud olub, sonra istefaya göndərilib.