Xəbərlər

Vuçiç: Belarusla ikitərəfli münasibətlərimizi inkişaf etdirəciyik

Serbiya prezidenti Aleksandr Vuçiç Belarus prezidenti Aleksandr Lukaşenkonu Belarusda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus dövlət başçısının mətbuat xidməti Serbiya prezidentinə istinadən məlumat yayıb.

“Yenidən prezident vəzifəsinə seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Lukaşenkonun dövlət idarəçiliyindəki bacarığı ölkənin çiçəklənməsinə, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək. Belarus Respublikasının və şəxsən Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyiniz prinsipial mövqeyə və sübut edilmiş dəstəyə görə xüsusilə minnətdarlığımı bildirmək istəyirəm”, – Vuçiç qeyd edib.