“Serb müxalifət qüvvələrinin hazırkı hakimiyyəti devirmək üçün xaricdən maliyyələşdirilməsi son 4 ildə 426 milyon avroya çatıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciəti zamanı deyib.
“Guya mən tələbələri günahlandırıram, amma tələbələrin 99 faizinin bununla heç bir əlaqəsi yoxdur, səhv etmirəmsə, təkcə assosiasiyalar, təşkilatlar və media üçün 426 milyon avro birbaşa xarici maliyyə vəsaiti təmin edilib. Onlar deyəcəklər ki, bu, demokratikləşmə layihələri üçündür, amma hamı hər şeyi başa düşür”, – Vuçiç əlavə edib.