Serbiya prezidenti Aleksandr Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak etmək üçün iyunun 11-də Ukraynaya bir günlük səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Serbiya liderinin mətbuat xidməti məlumat yayıb.
“Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç 11 iyun 2025-ci il çərşənbə günü Ukraynaya bir günlük səfər edəcək və burada Ukrayna-Cənub-Şərqi Avropa Sammitində iştirak edəcək”, – məlumatda bildirilib.