“Tramp administrasiyası İrandan kənarda yerləşən qeyri-kommersiya təşkilatlarına və İslam Respublikasını tənqid edən media qurumlarına dəstəyi kəsir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Washington Post” (WP) qəzeti yazır.
Nəşr qeyd edir ki, onların hamısı Dövlət Departamentinin nəzarətində olan Yaxın Şərq Regional Demokratiya (NERD) Fondundan maliyyə alıb. 2024-cü ildə ABŞ-ın o vaxtkı prezidenti Co Baydenin administrasiyası fondun fəaliyyəti üçün Konqresdən 65 milyon dollar istəyib.
Fevralın 26-da Ağ Ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək planlarını təsdiqləyib.
Fevralın 3-də ABŞ administrasiyası Trampın yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) nəzarət etmək üçün təyin etdiyi İlon Maskın təşəbbüsü ilə USAID-in fəaliyyətini dayandırıb.