ABŞ prezidenti Donald Trampın administrasiyası Gömrük və Sərhəd Mühafizəsinə (ICE) immiqrasiya qanunlarını pozduqları üçün saxlanılan şəxslərin sayını gündə bir neçə yüzdən 1200-1500 nəfərə qədər artırmaq barədə göstəriş verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən məlumat yayıb.
“Yeni administrasiyanın nümayəndələri mühafizə xidmətinin yüksək rütbəli rəhbərliyi üçün brifinq keçirib və onlara prezidentin kütləvi deportasiya kampaniyasının nəticələrindən məyus olması barədə məlumatı çatdırıblar”, – nəşr qeyd edib