“Birləşmiş Ştatlar Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanması prosesini gücləndirib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
“Ötən həftə Milli Kəşfiyyatın yüksək rütbəli məmurları Amerika kəşfiyyat orqanlarına gizli əmr göndəriblər. Mərkəzi Kəşfiyyat İdarəsinə, Milli Təhlükəsizlik Agentliyinə və digər qurumlara ünvanlanan sənəd Qrenlandiyada əhalinin müstəqillik və sərvətlərinin işlənməsi ilə bağlı ümumi əhval-ruhiyyəsinin öyrənilməsini əmr edir. Həmçinin bölgədə Vaşinqtonun tərəfdarlarının tapılmasına xüsusi diqqət yetirilir”, – məlumatda qeyd olunub.