“ABŞ prezidenti Donald Trampın müşavirləri əmindirlər ki, Amerika lideri ekspertlərin əks proqnozlarına baxmayaraq, fevralın 1-dən Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“Tramp tarifləri effektiv danışıqlar vasitəsi və onun gündəliyinə əməl etməkdən imtina edən dövlətlər üçün effektiv cəza kimi qiymətləndirir.
O, Kanada və Meksika mallarına tariflərin tətbiqi ilə bağlı çox ciddidir.
Kanada və Meksika prezidentin təhdidlərini ciddi qəbul etmir. Ona görə, Tramp tarifləri artıraraq ölkə başçılarını danışıqlar aparmağa məcbur etmək istəyir”, – Vaşinqton Administrasiyasının yüksək rütbəli rəsmisi bildirilib.