Xəbərlər

WSJ: Tramp nüvə proqramını dayandırması üçün İrana zərbə endirə bilər

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı çıxmaq üçün bir neçə variantı, o cümlədən İslam Respublikasına qarşı önləyici hava hücumlarını nəzərdən keçirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal”
öz mənbələrinə istinadən məlumat yayıb.

“Trampın komandası Tehrana maksimum təzyiq üçün yeni strategiya üzərində işləyir. Bu, iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə müşayiət olunan hərbi tədbirlərə əsaslana bilər. Bu plan üzərində həllik iş gedir”, – deyə məlumatda bildirilib.