“Rusiya və Çin qalib ölkələr kimi İkinci Dünya Müharibəsinin nəticələrini və tarixi həqiqəti müdafiə etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yİ Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Pekində keçirilən görüşdə deyib.
“Ölkələrimiz İkinci Dünya Müharibəsinin əsas qalibləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi İkinci Dünya Müharibəsinin nəticələrini və tarixi həqiqəti müdafiə etməli, bütün dünyada sülhü qorumalı və planetimizin inkişafına kömək etməlidir”, – Vanq Yi qeyd edib.