Xəbərlər

XİN: Çin və Rusiya praktiki əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirir

“Çin və Rusiya Federasiyasının Silahlı Qüvvələri yüksək səviyyədə praktiki hərbi əməkdaşlığı təşviq edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikası (ÇXR) Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan söyləyib.

“Dövlət başçılarının müəyyən etdiyi diplomatik xəttə sadiq qalaraq, ÇXR və Rusiya Silahlı Qüvvələri yüksək səviyyədə praktiki əməkdaşlığı inkişaf etdirir. 2024-cü ildə Pekinin hərbi diplomatiyası yenilikçi istiqamət aldı. Çinin hərbi təmaslarının həm keyfiyyəti, həm də effektivliyi artıb. Əlverişli strateji vəziyyət yaranıb”, – nümayəndə bildirib.