Xəbərlər

Xocalıya daha 29 nəfər qayıdıb

Mayın 26-da Xocalı rayonuna növbəti köç olub. Rayonun 5 kəndinə, ümumilikdə, 29 nəfərdən ibarət 9 ailə qayıdıb.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir.

Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub. Köç prosesi çərçivəsində Xanabad kəndinə 2 ailə olmaqla 9 nəfər, Badara kəndinə 2 ailə olmaqla 4 nəfər, Ballıca kəndinə 1 nəfər, Təzəbinə kəndinə 1 ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə 3 ailə olmaqla 12 nəfər köçürülüb.

Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.