Xəbərlər

Yaponiya: ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə iştirakı vacibdir

“ABŞ-ın iqlim fəaliyyətində iştirakı vacib olaraq qalır”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Amerikanın yeni prezidenti Donald Trampın ölkənin Paris sazişindən çıxarmaq qərarını şərh edərkən deyib.

“İqlim dəyişikliyi bütün bəşəriyyətin üzləşdiyi təcili çağırışdır və emissiyaya yol verən tərəflər də daxil olmaqla bütün ölkələrin səyləri vacib olaraq qalır. Həmçinin ABŞ-ın qlobal iqlim fəaliyyətində iştirakı vacibdir. ABŞ-ın hərəkətləri yaxından izlənilməyə davam edəcək, lakin istənilən halda Yaponiya ABŞ-la əməkdaşlıq yollarını araşdıraraq iqlim dəyişikliyi problemini aktiv şəkildə həll etməyə davam edəcək”, – Hayaşi əlavə edib.