Xəbərlər

Yaponiya: Əminik ki, ABŞ Yaponiyanı hər vasitə ilə müdafiə etməyə hazırdır

“Yaponiya hökuməti tamamilə əmindir ki, Birləşmiş Ştatlar ikitərəfli təhlükəsizlik müqaviləsi çərçivəsində onu bütün vasitələrlə, o cümlədən nüvə silahı ilə müdafiə etməyə sadiqdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi ABŞ prezidenti Donald Trampın ABŞ-Yaponiya müdafiə alyansı ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Biz tamamilə əminik ki, Birləşmiş Ştatlar nüvə imkanları da daxil olmaqla bütün imkanlarından istifadə edərək Yaponiya-ABŞ Təhlükəsizlik Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirəcək. Yaponiya tərəfi Yaponiya-ABŞ müdafiə ittifaqını gücləndirmək üçün Tramp administrasiyası ilə yaxından işləyəcək”, – o əlavə edib.