Xəbərlər

Yaponiya G7 ölkələri ilə sıx əməkdaşlıq edəcək

“Yaponiya hökuməti Ukraynadakı münaqişənin həlli üçün G7 və digər ölkələrlə sıx əməkdaşlıq edəcək və bu məqsədə çatmaq üçün hansı tədbirlərin effektiv olacağını müəyyənləşdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Rusiya-Amerika məsləhətləşmələri zamanı Rusiya Federasiyasına qarşı sanksiyaların qüvvədə saxlanılıb-saxlanılmaması ilə bağlı suala cavabında bildirib.

“Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsində nəyin effektiv olması baxımından beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ölkələri ilə əməkdaşlığı davam etdiririk. Bu mövqedə heç bir dəyişiklik yoxdur”, – o deyib.