“Yaponiya hökuməti Suriyadakı vəziyyəti diqqətlə izləyir və bütün tərəfləri zorakılığı dayandırmağa və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi deyib.
“Yaxın Şərqdəki qeyri-sabit vəziyyət fonunda Suriyadakı hadisələri yaxından izləyirik. Ümid edirik ki, Suriyadakı zorakılığa ən qısa zamanda son qoyulacaq və bütün suriyalılar əsas insan hüquqlarından istifadə edəcək, azadlıq və rifah əldə edəcəklər. Yaponiya bütün tərəfləri zorakılığı dərhal dayandırmağa, beynəlxalq hüquqa, o cümlədən humanitar hüquqa hörmət etməyə və Yaxın Şərqdə gərginliyi azaltmaq üçün lazımi tədbirlər görməyə çağırır”, – Hayasi əlavə edib.