“Yaponiya hökuməti ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən telefon danışığını son dərəcə vacib hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransı zamanı deyib.
“Ukraynadakı vəziyyət nöqteyi-nəzərindən ABŞ və Rusiya arasında dialoq, o cümlədən iki prezident arasında planlaşdırılan söhbət böyük əhəmiyyət kəsb edir, ona görə də biz vəziyyəti diqqətlə izləyirik. Yaponiya hökuməti Rusiyadan Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına yönəlmiş müsbət addımlara ümid edir”, – baş katib əlavə edib.