Xəbərlər

Yaponiya Ukrayna üzrə dialoqu davam etdirmək niyyətindədir

“Yaponiya hökuməti Ukraynadakı münaqişənin həlli üçün G7 ölkələri və digər dövlətlərlə əməkdaşlığı davam etdirmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı suala cavabında bildirib.

“Şərqi Asiyada sabahkı vəziyyətin Ukraynadakı bugünkü vəziyyətə çevrilə biləcəyini dərk edərək, biz beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edirik. Ukraynaya yardım göstərməyə və Rusiyaya qarşı sanksiyalara davam edirik. Bundan əlavə, biz Ukraynanın bərpası və yenidən qurulması üçün dövlət-özəl sektorun birgə səylərini təşviq edirik”, – Hayaşi qeyd edib.