Yaponiya ilə Monqolustan müdafiə avadanlığı və texnologiyanın mübadiləsinə dair saziş imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Saziş birgə müəyyən edilmiş layihələrin həyata keçirilməsi üçün, o cümlədən beynəlxalq sülh və sabitliyə töhfə verən müvafiq avadanlıq və texnologiyanın mübadiləsinə imkan verəcək. Sazişin bağlanması Yaponiya və Monqolustan arasında müdafiə avadanlığı və texnologiyanın mübadiləsinə, xüsusən də sonradan üçüncü tərəfə təhvil verilməsinə və ya hər hansı sui-istifadə hallarına müvafiq nəzarəti təmin edəcək. Saziş Tokio və Ulan-Bator arasında daha sıx əməkdaşlığa töhfə verəcək, həmçinin Yaponiyanın müdafiə sənayesinin istehsal və texnoloji bazasının təkmilləşdirilməsinə, onun təhlükəsizliyinə töhfə verəcək”, – nazirlikdən bildirilib.