Xəbərlər

Yaponiyanın XİN rəhbəri Rubiodan Tokionu rüsumlarından azad etməsini xahiş edib

Yaponiya xarici işlər naziri Takeşi İvaya ABŞ dövlət katibi Marko Rubiodan Yaponiyanı ABŞ-ın avtomobillərə tətbiq etdiyi yeni rüsumlardan azad etməyə kömək etməsini istəyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Kanadada ABŞ dövlət katibi ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

“Mən Yaponiyanın polad və alüminium tariflərindən azad edilməməsinə təəssüfləndiyimizi ifadə etdim və həmçinin ölkəmizin avtomobillərə qarşı tətbiq ediləcək tariflərdən azad edilməsini xahiş etdim”, – nazir qeyd edib.