Xəbərlər

“Yoldaş” platformasının təqdimatı keçirilib

“Parlaq İmzalar” nəşriyyatı tərəfindən təsis olunan “Yoldaş” oxuma platformasının təqdimat mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, tədbirdə mədəniyyət və ədəbiyyat nümayəndələri, layihənin tərəfdaşları və qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edən qonaqlar “Yoldaş” platformasının əhəmiyyətindən, mütaliə mədəniyyətinin inkişafından və kitabın müasir dövrdə cəmiyyətdəki rolundan danışıblar. Çıxışlarda oxucuların kitaba marağının artırılması, ədəbiyyatın daha geniş auditoriyaya çatdırılması və bu istiqamətdə yeni imkanların yaradılmasının vacibliyi vurğulanıb.

Daha sonra platformanın gələcək fəaliyyət istiqamətləri və oxucular üçün nəzərdə tutulan yeniliklər barədə məlumat verilib.

Tədbirin sonunda bədii hissə təqdim olunub. Musiqi və ədəbi çıxışlarla davam edən proqram iştirakçılara xoş anlar yaşadıb.