Xəbərlər

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

Polşa, Almaniya və Azərbaycanın birgə istehsalı olan, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilən “Yulaf dönərgə” qısametrajlı animasiya filmi 79-cu Beynəlxalq Kann Kino Festivalının kino sənayesi hissəsi çərçivəsində gerçəkləşən “SFC | Rendez-vous Industry” proqramına daxil edilib.

“Füyuzat “ın məlumatına görə, bu barədə Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, filmin prodüserləri müvafiq olaraq Paulina Ratajczak, Karsten Matern və Rəşid Ağamalıyevdir. Film Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsidir.

Stop motion, plastilin və 3D texnikalarından istifadə olunaraq yaradılmış “Yulaf dönərgə” filmi səhər yeməyi zamanı valideynləri arasında baş verən mübahisə zəminində uşaqda yaranan mürəkkəb emosiyalar haqqında duyğusal animasiya filmidir.