Xəbərlər

Zaxarova: PUA hücumu ATƏT-in baş katibinin Moskvaya səfəri ilə bağlıdır

“Ukrayna PUA-larının Moskvaya hücumu ATƏT-in baş katibinin səfəri ilə bağlıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Bundan əvvəl Moskva vilayətinin hakimiyyət orqanları Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu nəticəsində bir nəfərin öldüyü, üç nəfərin yaralandığı barədə məlumat veriblər.

“Yüksək rütbəli xarici nümayəndə heyətlərinin Moskvaya səfəri ilk dəfə deyil ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumu ilə müşayiət olunur. Bu gecə ATƏT-in baş katibi paytaxta səfər edəndə Kiyev rejimi yenidən pilotsuz təyyarələr göndərib”, – Zaxarova bildirib.