Xəbərlər

Zelenski: ABŞ-la gərginliyi aradan qaldırmağa ümid edirik

“Mən əminəm ki, Ağ Evdəki çəkişmənin nəticələri aradan qaldırılacaq və Ukrayna ilə ABŞ konstruktiv münasibətlərə qayıdacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Zelenski jurnalistlərə müsahibəsində deyib.

“Əminəm ki, hazırkı vəziyyət aradan qaldırılacaq. Əgər gələcək danışıqlar konstruktiv olarsa, o zaman müsbət nəticələr əldə ediləcək. Biz ABŞ-la işləyirik, əvvəllər ABŞ Konqresinin təsdiq etdiyi yardım indi silah şəklində bizə gəlir. Yeni dəstəyə ümid etmək istəyirik”, – o əlavə edib.