Xəbərlər

Zelenski bu gün Türkiyəyə səfər edəcək

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Türkiyəyə gələcək. Zelenski İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Füyuzat”ın məlumatına görə, Zelenski və Ərdoğan Dolmabahçe sqaqrayında görüşəcək.

Görüşdə Türkiyə və Ukrayna münasibətləri başda olmaqla bir çox mövzular müzakirə olunacaq.

Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi ən vacib mövzu olacaq. Bundan əlavə, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət müzakirə olunacaq.

Tərəflər həmçinin regionda daimi sülhün axtarışı üçün fikir mübadiləsi aparacaqlar.