Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın cəbhəyə göndərdiyi Şimali Koreya əsgərlərinin ağır itki verdiyini və bunun qarşısını almaq üçün Çinin Pxenyana təzyiq göstərməli olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna prezidenti “X” hesabında bildirib.
“Onlar ağır itkilər verirlər və aydındır ki, Rusiya ordusu və Şimali Koreya nəzarətçiləri bu əsgərlərin sağ qalmasında maraqlı deyil. Şimali Koreya xalqı Avropadakı müharibədə həyatlarını itirməməlidir. Bu baxımdan, Şimali Koreyanın qonşuları, o cümlədən Şimali Koreya öz təsir imkanlarından istifadə edə bilər. Əgər Çin müharibənin uzadılmaması ilə bağlı bəyanatlarında səmimidirsə, Pxenyana lazımi təzyiq göstərmək üçün səy göstərməlidir”, – Zelenski əlavə edib.