Xəbərlər

Zelenski gözlənilmədən Litvaya səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski Litvaya gözlənilməz səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baltik Respublikasının prezidenti Gitanas Nausedanın ofisi məlumat yayıb.

“Çərşənbə günü prezident Nauseda Litvaya gələn Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Onlar Ukraynadakı münaqişənin gedişi, Kiyevə dəstək, ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiyasını müzakirə edəcəklər”, – məlumatda qeyd edilib.