Xəbərlər

Zelenski: Kreml Qərbin müharibəni dayandırmaq cəhdlərinə istehza edir

“Kreml Qərbin Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibəni dayandırmaq cəhdlərini açıq şəkildə ələ salır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Moskva indi tərəfdaşlarının dinc gündəmi irəli sürmək cəhdlərini açıq şəkildə ələ salır. Daimi dron zərbələri, davamlı amansız atəşlər edir. Bu, yalnız təzyiq yolu ilə dayandırılmalıdır və Rusiya sülhə məcbur edilməlidir”, – Zelenski bildirib.