Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin “istənilən şəxslə danışıq apara bilərik, ancaq Zelenski qeyri-legitim prezident olduğuna görə onun heç nəyi imzalamağa haqqı yoxdur” sözlərini şərh edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Bu gün Putin bir daha təsdiqlədi ki, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir. Onun hər addımı və bütün kinli hiylələri müharibəni sonsuz etmək məqsədi daşıyır”, – deyə Zelenski qeyd edib.