Xəbərlər

Zelenski: Qərbin dəstəyi olmadan Ukrayna qələbə qazana bilməyəcək

“Qərbin dəstəyi olmadan Ukraynanın qələbə qazanmaq şansı yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Açığını deyim ki, Qərbin dəstəyi olmasa, bizim qələbə qazanmaq şansımız olmayacaq. Bu gün artilleriya atəşlərimizin nisbəti 1-ə 10-dur. Bu fərqə tab gətirə biləcəyikmi? Xeyr. Hər halda, bu cür statistika ilə onlar bizi hər gün geri itələyəcəklər”, – deyə Zelenski ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Zelenski daha əvvəl demişdi ki, Ukrayna ABŞ-ın dəstəyi olmadan öz briqadalarını silahlandıra bilməyəcək.