Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa məktub göndərərək müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təklif edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Görüş zamanı Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün İstanbulda aparılan sülh danışıqları və cəbhədəki son hadisələrin müzakirə edildiyi xatırladılıb, həmçinin tərəflərin ABŞ və Ukrayna arasında imzalanmış iqtisadi tərəfdaşlıq sazişinin həyata keçirilməsi barədə də danışdıqları bildirilib.