Xəbərlər

Zelenski: Trampla mübahisənin baş verməsi təəssüf doğurur

“Vaşinqtonda Ağ Evdəki görüşümüz lazım olduğu kimi keçmədi. Bunun belə baş verməsi təəssüf doğurur”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə ABŞ prezidenti Donald Trampla görüşündə baş verən gərginliklə bağlı deyib.

Ukrayna xalqının müharibənin bitməsini istədiyini bildirən Zelenski “X”də yazıb: “Ukrayna daimi sülhün yaxınlaşması üçün ən qısa zamanda danışıqlar masasına oturmağa hazırdır”.

Sonsuz müharibə istəmədiklərini vurğulayan Zelenski qeyd edib:

“Mən və mənim komandam Prezident Trampın güclü rəhbərliyi altında davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq. Biz müharibəni tez bitirmək üçün işləməyə hazırıq və ilk mərhələ məhbusların azad edilməsi və atəşkəs, raketlərin, uzaqmənzilli pilotsuz vasitələrin, enerji və digər mülki infrastrukturların bombalanmasının qadağan edilməsi ola bilər”.

“Ukraynanın suverenliyi və müstəqilliyinin qorunması üçün ABŞ-ın dəstəyini dəyərləndiririk. Trampın daha əvvəl Ukraynaya “Javelin” tank əleyhinə raketlər göndərdiyini xatırlayırıq”, – Zelenski əlavə edib.