Xəbərlər

Zelenski üçüncü dünya müharibəsinin başlanması təhlükəsindən danışıb

Ukraynadakı müharibə üçüncü dünya müharibəsinə qədər uzana bilər.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində deyib.

“Əgər biz qətiyyət nümayiş etdirməsək, Rusiya prezidenti Vladimir Putin irəliyə gedəcək. Bu, real təhlükədir. Putinin əsas məqsədi Rusiya İmperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, mən hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər”, – deyə Zelenski qeyd edib.