“Ukrayna və ABŞ-dakı komandalarımız ikitərəfli görüşlərin keçirilməsi üzərində işə başlayıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vols arasında telefon danışığı olub. Bu gün Ukrayna və ABŞ-dakı komandalarımız görüşlərin keçirilməsi üzərində işə başlayıb. Müsbət istiqamətdə irəliləyişlər var. Biz gələn həftə ilk nəticələri gözləyirik”, – Zelenski bildirib.