Xəbərlər

Zelenskinin Cənubi Afrikaya səfəri aprelin 24-nə təxirə salınıb

Ukrayna prezidenti Volodimir Zelenskinin Cənubi Afrikaya səfəri aprelin 24-nə təxirə salınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi bildirib.

“Zelenskinin xahişi ilə onun Cənubi Afrikaya səfəri aprelin 24-nə təxirə salınıb. Səfər Ukraynadakı böhranın sülh yolu ilə həlli məqsədinə xidmət edəcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ukrayna prezidentinin aprelin 10-da Cənubi Afrikaya gəlməsinə mane olan səbəblər açıqlanmayıb.