Zəlzələdən zərərçəkənlərə Azərbaycandan maddi yardım etmək mümkündür.
Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkənlərə maddi yardım göstərmək istəyən şəxslər Azərbaycandakı Ziraat Bankından onlayn şəkildə “AFAD”a (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi) ianə edə bilərlər.
Bu barədə məlumat Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin sosial media hesablarında qeyd olunub.
Daha ətraflı keçiddə:
https://twitter.com/tcbakube/status/1622972605534707712?s=21
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ nəticəsində 8 mindən çox insan həlak olub, 49 mindən çox insan yaralanıb.