Xəbərlər

Ermənistan ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib

Ermənistan Səudiyyə Ərəbistanına ilk dəfə səfir təyin edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hazırkı səfiri Karen Qriqoryan ölkəni Səudiyyə Ərəbistanında da təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında olduğu müddətdə Səudiyyə Ərəbistanı bu ölkə ilə diplomatik münasibət qurmayıb.